...

Azərbaycanda bələdiyyə vergilərini onlayn ödəmək mümkün olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2015 19:36 (UTC +04:00)
Azərbaycan Vergilər Nazirliyi ölkənin 8 bələdiyyəsində bələdiyyə vergiləri ödəyicilərinin elektron hesabatının tətbiq edilməsi üzrə pilot layihələrinin reallaşdırılmasını başa çatdırıb.
Azərbaycanda bələdiyyə vergilərini onlayn ödəmək mümkün olacaq

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan Vergilər Nazirliyi ölkənin 8 bələdiyyəsində bələdiyyə vergiləri ödəyicilərinin elektron hesabatının tətbiq edilməsi üzrə pilot layihələrinin reallaşdırılmasını başa çatdırıb.

Trend-in məlumatına görə, bunu bazar ertəsi Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda Bakıda keçirilən IV Vergi Forumunda deyib.

Onun sözlərinə görə, nazirlik bələdiyyələrin avtomatlaşdırılmış informasiya sistemini (BVIS) uğurla sınaqdan keçirib.

N.Şirinov qeyd edib ki, bu sistemin işi bələdiyyə vergilərinin ödənişi ilə bağlı bütün əməliyyatları avtomatlaşdırmağa imkan yaradacaq: "Bələdiyyə vergiödəyiciləri olan fiziki şəxslər bu vergiləri bələdiyyələrə gəlmədən ödəmək imkanı əldə edəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti