...

Azərbaycanda alkoqolu nağd satan kafe və restoranlar cərimələnməyəcək (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2015 12:17 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda iaşə obyektlərində alkoqol içkilərini nağda pula satmağa görə həmin obyektlərin sahibləri inzibati məsuliyyətə cəlb edilməyəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov deyib.

Onun sözlərinə görə, iaşə obyektlərində satılan alkoqol menyunun bir hissəsidir və bağlı butulkalarla deyil, daha çox tökülərək satılır, bu səbəbdən də buna cərimə şamil edilməyəcək.

Vergilər nazirinin I müavini Natiq Əmirov qeyd edib ki, bu cür inzibati məsuliyyətin tətbiq edilməsində əsas məqsəd ölkədə nağdsız hesablaşmaların stimullaşdırılmasıdır: "Bununla əlaqədar ilk növbədə aksiz markası ilə markalanmalı olan malların seçilməsi onların ilkin ehtiyac mallarının olmaması ilə bağlıdır. Biz hansısa sahədən başlamalı idik və qərara gəldik ki, aksiz markası ilə markalanmalı olan malların əldə edilməsi zamanı nağdsız hesablaşmaların tətbiqi ölkə əhalisi üçün daha az narahatlıq yaradacaq".

N.Əmirov əlavə edib ki, bu məhdudiyyətlərin tütün məmulatlarına şamil edilməsi nəzərdə tutulmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti