Bakı. Azad Həsənli - Trend:
Azərbaycanda dövlət orqanlarını lisenziyaların alınması ilə bağlı sahibkarlara beş gün ərzində metodik yardım göstərməyə təhkim etmək təklif olunur. Trend-in məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilən "Lisenziyalar və icazələr haqqında" qanun layihəsində nəzərdə tutulub.
İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib ki, bu, sahibkarların əlavə xərclər çəkməməsi və əvvəlcədən lisenziyanı almağa hazır olmalarına əmin ola bilmələri üçün lazımdır.
Bundan başqa, qanun layihəsi elektron lisenziyaların verilməsini də nəzərdə tutur.
S.Məmmədovun sözlərinə görə, qanunda "Susmaq razılıq əlamətidir" prinsipi də nəzərdə tutulub: "Bununla da nəzərdə tutulmuş müddət ərzində dövlət orqanı lisenziya almaq üçün müraciətin baxılması üzrə sorğunu cavabsız qoyubsa, o, avtomatik olaraq verilmiş sayılır. Verilmiş lisenziya avtomatik olaraq vahid reyestrə daxil edilir. İstənilən orqan onun köməkliyi ilə sahibkarın lisenziyasının olub-olmamasını yoxlaya bilər".
Qanun layihəsi lisenziyaların verilməsini 15 gündən 10 günə, icazələrin isə 7 günədək azalmasını da nəzərdə tutur.
Müzakirələrin yekunu üzrə qanun layihəsi Milli Plenar iclasın tövsiyə olunub.