...

Azərbaycanın vergi sisteminin inkişafının əsas prioritetləri açıqlanıb (ƏLAVƏ OLUNUB 2)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2016 11:29 (UTC +04:00)
Hazırda Azərbaycanın vergi sisteminin inkişafının əsas prioritetləri investisiya biznes mühitinin yaxşılaşdırılması, vergi bazasının genişləndirilməsi və vergi uçotunun təkmilləşdirilməsidir.
Azərbaycanın vergi sisteminin inkişafının əsas prioritetləri açıqlanıb (ƏLAVƏ OLUNUB 2)

Təfərrrüatlar əlavə olunub (ilk xəbər saat 11:29-da yayılıb)

Bakı. Azad Həsənli - Trend:

Hazırda Azərbaycanın vergi sisteminin inkişafının əsas prioritetləri investisiya biznes mühitinin yaxşılaşdırılması, vergi bazasının genişləndirilməsi və vergi uçotunun təkmilləşdirilməsidir.

Trend-in məlumatına görə, bunu 1 saylı Vergilər Departamentinin rəhbəri Natiq Şirinov "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda V Vergi Forumunda deyib.

Vergi bazasının genişləndirilməsinin zəruruliyindən danışan N.Şirinov, eyni zamanda vergi güzəştlərindən azadetmə prosesininin mütəmadi monitorinqinin əhəmiyyətini vurğulayıb: "Əgər mövcud güzəştlər iqtisadiyyatı stimullaşdırmağa kömək etmirsə, onların ləğv etmək və ya yenilərini tətbiq etmək lazımdır. Elektron ticarətə vergi qoyulmasını tətbiq etmək və nağdsız hesablaşmaları stimullaşdırmaq da çox vacibdir ki, bu da gələcəkdə dövlət büdcəsinə vergi daxilolmalarını artırmağa kömək edəcək".

O, həmçinin vergi uçotunun təkmilləşdirilməsi mövzusuna toxunub: "Sahibkarlar məsuliyyətli olmalı və vergiləri tam ödəməlidirlər, lakin bunun üçün vergi uçotunu təkmilləşdirmək lazımdır. Bu istiqamətdə artıq bir neçə ildir işlər aparılır. Çox güman ki, işlər yaxın vaxtlarda başa çatacaq. Vergi uçotunun təkmilləşdirilməsi üzrə tədbirlər sırasında elektron mühasibatlıq uçotunun tətbiqini qeyd etmək lazımdır. Təəssüf ki, vergi ödəyiciləri çox vaxt uçotu düzgün aparmır, buna görə də bu sahədə şəffaflığı təmin etmək lazımdır. Bundan başqa, gələcəkdə elektron auditi genişləndirməklə vergi ödəyicilərinə vaxta qənaət etməyə kömək edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti