...

Yardımlıda yeni körpü istifadəyə verilib (FOTO/VİDEO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2016 11:38 (UTC +04:00)
Yardımlı rayonunda yeni körpü inşa edilib.
Yardımlıda yeni körpü istifadəyə verilib  (FOTO/VİDEO)

Bakı. Trend:

Yardımlı rayonunda yeni körpü inşa edilib.

Bu barədə Trend-ə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

Bildirilir ki, sözügedən avtomobil körpüsü Separadi-Teşkan avtomobil yolunun 3-cü km-də Viləş çayı üzərində inşa edilərək vətəndaşların istifadəsinə verilib.

Körpün uzunluğu 12 metr, eni 4 metrdir. Körpü qısa müddət ərzində yüksək keyfiyyətlə bərpa edilərək vətəndaşların istifadəsinə verilib.

Qeyd edək ki, son aylar ərzində Separadi-Teşkan avtomobil yolundan başqa Lerik rayonu ərazisində Təbrizli kəndinə giriş avtomobil yolunun 1-ci km-də Lənkəran çayı üzərində, Astara rayonu ərazisində Siyakü – Şəmətük avtomobil yolunun 7-ci km-də Veravul çayı üzərində, Lənkəran rayonunda Mollaoba avtomobil yolunun 2-ci kilometrində Veravul çayı üzərində də yeni avtomobil körpüləri inşa edilərək vətəndaşların istifadəsinə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti