...

AİB: Azərbaycanın bank sektoru stabilləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2017 18:37 (UTC +04:00)
Azərbaycanın bank sektoru Beynəlxalq Bankın 3,3 milyard dollar həcmində xarici öhdəliklərinin təkrar strukturlaşdırılmaısndan sonra stabilləşib
AİB: Azərbaycanın bank sektoru stabilləşib

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanın bank sektoru Beynəlxalq Bankın 3,3 milyard dollar həcmində xarici öhdəliklərinin təkrar strukturlaşdırılmasından sonra stabilləşib.

Trend-in məlumatına görə, bunu “Reuters” agentliyinə müsahibəsində Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı daimi nümayəndəliyinin direktoru Nəriman Mannapbekov deyib.

O qeyd edib ki, kifayət qədər kapitallaşması olan bəzi banklar kredit portfelinin bərpa olunması üçün addımlar atsa da, bu hələlik trendə çevrilməyib.

O həmçinin bildirib ki, AİB Azərbaycanın dəmir yolu sektorunun inkişafına 500 milyon dollar kredit verilməsi imkanını nəzərdən keçirir. O əlavə edib ki, bu məsələ ilə bağlı hələlik hər hansı bir qərar qəbul olunmayıb və danışıqlar başlamayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti