...

Azərbaycan Monteneqroya investisiya yatırımında üçüncü yerdə qərarlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2017 11:45 (UTC +04:00)
2017-ci ilin ilk 10 ayı ərzində Azərbaycan Monteneqro iqtisadiyyatına 45 milyon avro investisiya qoyub.
Azərbaycan Monteneqroya investisiya yatırımında üçüncü yerdə qərarlaşıb

Bakı. Ənvər Məmmədov - Trend:

2017-ci ilin ilk 10 ayı ərzində Azərbaycan Monteneqro iqtisadiyyatına 45 milyon avro investisiya qoyub.

Trend bu barədə Monteneqro Mərkəzi Bankına istinadən məlumat verir.

Qeyd olunur ki, Azərbaycanın Çernoqoriyaya yerləşdirilən investisiyalarda payı 9 faiz təşkil edib.

Hesabat dövründə bu ölkəyə ən çox investisiya yerləşdirən ölkə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub. BƏƏ-nin Monteneqroya yerləşdirdiyi investisiyaların həcmi 87 milyon dollar təşkil edib. İkinci yerdə isə 50 milyon avro ilə Rusiya qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti