...

Yumşalmalar Bakıda ticarət obyektlərinin qiymətini bahalaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2021 08:22 (UTC +04:00)
Yumşalmalar Bakıda ticarət obyektlərinin qiymətini bahalaşdırıb

Bakı. Elçin Mehdiyev - Trend:

Karantin rejiminin yumşaldılması Bakıda kommersiya obyektlərinin satış qiymətinin bahalaşmasına səbəb olub.

"MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, sentyabr ayında Bakıda kommersiya obyektlərinin qiyməti 3,70 faiz bahalaşıb.

Kommersiya obyektlərinin bir kvadratmetrinin orta qiyməti 3420 manat təşkil edib. Sentyabr ayında 452 kommersiya obyekti satışa çıxarılıb.

Lakin sentyabr ayında kommersiya obyektlərinin icarə qiyməti ucuzlaşıb. Belə ki, ötən ay bu obyektlərin icarə qiyməti 4,85 faiz ucuzlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti