...

Bu il Azərbaycan iqtisadiyyatına 57 milyon dollar xarici investisiya qoyulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2021 12:39 (UTC +04:00)
Bu il Azərbaycan iqtisadiyyatına 57 milyon dollar xarici investisiya qoyulub

Bakı. Sədrəddin Ağcayev - Trend:

2021-ci ilin 11 ayı ərzində Azərbaycan iqtisadiyyatına qoyulan xarici investisiyalar 57 milyon dollara çatıb.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu zamanı deyib.

"Azərbaycanın da digər ölkələrin iqtisadiyyatına investisiyaları artır. Qeyri-neft sektoruna investisiyalar ümümi investisiyaların 25 faizini təşkil edir. 11 ay ərzində Azərbaycanda ÜDM-in artımı 5,3 faiz, qeyri-neft sektorunun artımı 6 faiz təşkil edib", - deyə o bildirib.

Nazirin sözlərinə görə, hökumətin hədəfi Azərbaycanı regionun nəqliyyat, investisiya və IT qovşağına çevirməkdir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti