...

QKDK-DƏ SƏHMDARLARLA GÖRÜŞÜ KEÇİRİLİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2005 16:07 (UTC +04:00)

İyunun 21-də Qiymətli kağızlar üzrə Dövlət Komitəsində səhmdarlarlda görüş keçirilib. Trend agentliyinin məlumatına görə, Dövlət Komitəsinin sədri Heydər Babayev qeyd edib ki, onların fəaliyyətini nizamlayan qanunverici bazanı həm beynəlxalq maliyyə təşkilatların, həm də onun şəxsi fikrincə təkmilləşmiş hesab etmək olar. LakinH. Babayevin sözlərinə görə,səhmdarların işində bir sıra problemlər olduğundan QKDK-nə müxtəlif şikayətlər daxil olur. "Bu şikayətlərin diapazonu həddən artıq genişdir. Sahibkarlar toplantıların keçirilməməsi, avadanlıqların satılması və müəssisələrin digər əmlaklarının onlara xəbərdarlıq olmadan satılması şəklində hüquqlarının pozulmasından şikayətlənirlər. Artıq iki dəfə müəssisənin yerləşdiyi torpaq sahəsinin onun rəhbərliyi tərəfindən satışının qarşısını almışıq ", - deyə Babayev qeyd edib.

QKDK-nin hüquq departamentinin rəhbəri Riyad Qasımov qeyd edib ki, ötən il ərzində səhmdar cəmiyyətlərinfəaliyyət göstərməsi məsələlərini nizamlayan 20 normativ akt qəbul olunub. Onun sözlərinə görə, son ildə bu sahədə hüquq pozuntularının sayı 11%azalıb. 2005-ci ilin 5 ayı ərzində Dövlət Komitəsinəsəhlmdarların hüquqdarıvnın pozulması ilə bağlı 114 ərizə (ötən il belə ərizələrin sayı 239 olub) daxil olub. Şikayətlərin daxil olduğu Səhmdar Cəmiyyətlərin sayı 357 (546) olub. 2005-ci ilin yanvar-may aylarında 35 dəfə cərimə sanksiyaları tətbiq olunub, onların ümumi məbləği 40,15 milyon manat (2004-cü ildə ümumi məbləği121 miyon manat olmaqla 104) təşkil edib. Ümumilikdə tədqiqatlar 248 səhmdar cəmiyyətində aparılıb.

Sahibkarlar həm də kiçik səhm paylarını daha iri sahibkarlara satmaq üçün alan bir sıra kiçik səhmdarlar tərəfindən şantaja məruz qaldıqlarından şikayətləniblər. Payın alınmasından imtina etmək müqabilində iri səhmdarları şantaj edənlər Dövlət Komitəsinə müxtəlif şikayətlər edəcəkləri barədə onlara hədə-qorxu gəliblər. H.Babayev qeyd edib ki, Dövlət Komitəsinə bu cür faktların , hətta bu cür şantajla məşğul olan adamların adlarının məlum ooduğunu bildirsə də, Dövlət Komitəsinin səhmdarların bütün şikayətlərinə baxmağa borclu olduğunu qeyd edib. O həmçinin sahibkarları inandırıb ki, əgər onlar ciddi qanun çərçivəsində fəaliyyət göstərsələr, onlara qarşıhər hansı iddia irəli sürülməyəcək. Onların hər hansı birinin birinci tələbi üzrə səhmdarların tam siyahısının elan olunmasının zəruriliyi barədə sahibkarların suallarına cavab verərkən Babayev"səhmdarların hüquqları belədir və onları pozmaq olmaz" - deyə bildirib.

Xəbər lenti

Xəbər lenti