...

ƏKBƏR NOMAN AVQUSTUN 2-DƏ YENİDƏN BAKIYA GƏLMƏYİ PLANLAŞDIRIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2005 14:52 (UTC +04:00)

Dünya Bankının (DB) Azərbaycandakı keçmiş meneceri avqustun 2-də Bakıya gəlməyi planlaşdırır. Bu barədə Trend ə DB-nin Bakı nümayəndəliyindən xəbər verilib.

Ə.Noman Azərbaycana Dünya Bankına yardımın göstərilməsi məqsədilə cəlb olunmuş ekspert kimi gələcək. Səfərin əsas məqsədi bankın Azərbaycan üzrə meneceri Əhməd Cahaninin öz postunu tərk etməsi ilə əlaqədar Bakı nümayəndəliyində işlərin təşkil olunması ilə bağlı məsələlərin həllidir.

Həmçinin Ə.Nomanın səfər zamanı ölkəyə yardımın göstərilməsi üzrə yeni strategiyanın işlənib hazırlanması məsələlərinə dair müzakirələr aparacağı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti