...

AKTAU-BAKI-POTİ/BATUMİ VƏ GERİYƏ MARŞRUT ÜZRƏ KONTEYNER YÜKLƏRİNİN DAŞINMASINI TƏŞKİL ETMƏK ÜÇÜN ƏLAQƏLƏQDİRMƏ QRUPU YARADILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2005 17:05 (UTC +04:00)

(Qafqaz-Press) - Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəmir yolu administrasiyaları tərəfindən Aktau-Bakı-Poti/Batumi və geriyə marşrut üzrə konteyner daşınmalarının təşkilinə hazırlıqla bağlı əlaqələndirmə şurası yaradılıb.

Gürcüstanın dəmiryol departamentindən verilən məlumata görə, hazırda qrup ekspedisiya şirkətini müəyyən etməklə məşğuldur.

Tranzit yük axınının, o cümlədən konteyner daşınmalarının artırılması üçün əlverişli şəraitin yaradılması məqsədilə vahid tarif dərəcələri qəbul ediləcək. Oktyabrın 1-dən tərəflər sözügedən mparşrut üzrə dəmiryolu konteyner daşınmaları üçün 50 %-lik endirim tətbiq edəcəklər.

Bu gün bu marşrut üzrə bir konteynerin daşınması 1200-1300 dollara başa gəldiyi halda şimal marşrutu üzrə 900 dollara başa gəlir. Qazaxıstan-Azərbaycan -Gürcüstan nəqliyyat dəhlizi i lə və geriyə ildə 20-50 min konteyner keçirmək planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti