...

YAXIN VAXTLARDA İRAN-AZƏRBAYCAN BİRGƏ KOMİSSİYASININ YENİ TƏRKİBİ TƏSDİQLƏNƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2005 17:19 (UTC +04:00)

Yaxın vaxtlarda İran hökuməti iqtisadi əməkdaşlıq üzrə İran-Azərbaycan birgə komissiyasının birgə tərkibini təsdiqləyəcək. Bu barədə Trend məlumat yayıb.

Komissiyanın İran tərəfdən köhnə tərkibi yeni hökumətin seçilməsi ilə əlaqədar buraxılıb. Köhnə hökumət zamanı İran tərəfdən komissiyaya rəhbərlik İranın korporasiya nazirinə tapşırılmışdı. Hələlik yeni Kabinetin nazirlərindən hansınını bu vəzifəyə təyin ediləcəyi məlum deyil.

Xatırladaq ki, Azərbaycan tərəfdən komissiyanın həmsədri iqtisadi inkişaf naziri Fərhad Əliyevdir. Sonuncu dəfə komissiyanın iclası ötən il keçirilib.

Xəbər lenti

Xəbər lenti