...

Azərbaycanda çirkli pulların yuyulmasının qarşısının alınması barədə qanun layihəsinə rəylərin toplanması başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2005 18:25 (UTC +04:00)

"Azərbaycanda çirkli pullarla və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında" qanun layihəsinə idarələr arasında baxılma başa çatıb. Azərbaycan Milli bankı idarə heyətinin üzvü, çirkli pulların yuyulmasının qarşısının alınması tədbirlərinə hazırlıq üzrə idarələrarası qrupun rəhbəri Rüfət Aslanlı Trend ə bildirib ki, yaxın vaxtlarda qanun layihəsinə Azərbaycan prezidenti İcra aparatına təqdim etmək üçün Nazirlər Kabineti tərəfindən baxılacaq.

Antiinhisar proqramına əsasən, qanun layihəsinə 2005-ci ilin sonunadək baxılmalıdır ki, bu da parlamentin yeni çağırışla seçilməsi ilə əlaqədar olaraq az ehtimal olunur. Qanun layihəsinə müsbət rəyi ABŞ-ın ədliyyə nazirliyi, Avropa Şurasının çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması üzrə Ekspert qrupu (Money val) və BMT-nin mütəşəkkil cinayətkarlıqla və narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə Departamenti (UNODC) verib.

"Azərbaycanda çirkli pullarla və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında" qanun layihəsinin işlənib-hazırlanması üzrə Nazirlər Kabineti yanında hələ 2003-cü ildə 13 idarənin nümayəndələrindən ibarət yaradılmış idarələrarası işçi qrupu mayın 21-də qanun layihəsinin razılaşdırılmasını başa çatdırıb.

Xəbər lenti

Xəbər lenti