...

Gəncə avtomobil zavodu Çin iş adamları ilə danışıqlar aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2006 16:11 (UTC +04:00)

Gəncə avtomobil zavodu müəssisənin istehsal həcminin artırılması ilə bağlı Çin iş adamları ilə danışıqlar aparır. Trend in xəbər verdiyi kimi, bu barədə martın 15-də zavodun mətbuat xidmətinin rəhbəri Məqsəd İbrahimov məlumat verib.

Hazırda zavodda 20 min m2 sahədə yeni istehsal obyektləri inşa edilir. Bundan başqa, digər iri şirkətlərlə münasibətlər qurmaq məqsədilə dəmir yolu bərpa edilib.

Zavodun nümayəndəsi vurğulayıb ki, indiyədək müəssisə 11 modifikasiya üzrə 131 avtomobil istehsal edərək istismara verib.

2006-cı ildə zavod təxminən 1500 avtomobil istehsal etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti