...

Asiya və Sakit Okean ölkələrindən hər biri quş qripi ilə mübarizə üçün $500 min ala biləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Mart 2006 19:28 (UTC +04:00)

Asiya İnkişaf Bankının (AİB) direktorlar şurası Asiya və Sakit Okean ölkələri üçün quş qripinin qarşısının alınması məqsədilə $38 mln. həcmində texniki yardımı təsdiq edib. AİB-in Bakıdakı nümayəndəliyində Trend ə bildirilib ki, bu ölkələrdən hər biri $500 min ala biləcək.

Hazırda AİB beynəlxalq maliyyə təşkilatları (Dünya Bankı, Beynəlxalq Səhiyyə Təşkilatı) ilə banka üzv ölkələrə yardım göstərilməsi ilə bağlı danışıqlar aparır.

AİB regional səviyyədə, DB isə dünya səviyyəsində aparıcı təşkilat olacaq. Bu razılaşma quş qripinə həsr olunmuş Pekin beynəlxalq konfransında əldə olunub. Azərbaycan Qafqazda və Mərkəzi Asiyada AİB-in yardım ayırdığı ilk ölkə olub.

Xəbər lenti

Xəbər lenti