...

Azərbaycan kiçik və orta sahibkarlıq üzrə beynəlxalq konfransda iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2006 13:52 (UTC +04:00)

Qara dəniz İqtisadi əməkdaşlıq təşkilatının (QDİƏT) İstambul şəhərindəki daimi katibliyində "Kiçik və orta sahibkarlıq: reallıq və gələcəyə baxış" mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycandan İqtisadi İnkişaf Nazirliyinin sahibkarlığın inkişafı departamentinin şöbə müdiri Z.Qasımov konfransda iştirak edib. Trend bildirir ki, bu barədə nazirliyin martın 27-də yaydığı məlumatında deyilir.

QDİƏT və Konrad Adenauer fondunun təşkil etdiyi tədbirdə təşkilatın üzvü olan 12 ölkədən 40 nümayəndə iştirak edib.

Türkiyənin kiçik və orta sahibkarlıq (KOS) Fondunun prezidenti Hilmi Develinin sədrliyi ilə keçirilən konfransda iştirakçılar ölkələrdən hər birində KOS-un inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi və gələcəkdə görüləcək işlər barədə məlumat veriblər.

Təşkilata üzv ölkələr KOS-un inkişafı sahəsində tövsiyələri əhatə edən protokol qəbul edilib. Tövsiyələrdə Qara dəniz regionunda KOS sektorunun davamlı inkişafı üçün hüquqin və iqtisadi şəraitin yaxşılaşdırılması tədbirlərinin davam etdirilməsi, təhsil və informasiya xidmətləri vasitəsilə sahibkarlıq mədəniyyətinin inkişaf etdirilməsi, dövlət-sahibkar dialoqunun təşviqi üçün Məsləhət Forumunun təşkili, özəl sektorun maraqlarının təmsil edilməsi məqsədilə KOS-un ölkə və regional birliklərinin, qadın sahibkarlığının inkişafı üçün işçi qrupun yaradılması, region ölkələrdə Gənc Biznes Liderləri Forumunun təsis edilməsi, uğurlu KOS proqramları haqqında informasiyanın toplanması və region ölkələrində yayılması məsələləri öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti