...

Azərsu Bakıda su təchizatı sisteminin inşası ilə bağlı işlər görür

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2006 17:17 (UTC +04:00)

Azərsu SC Bakı ərazisində su təchizatı sistemi və kanalizasiya kollektorlarının inşası və yenidən qurulması üzrə işlər aparır. Trend bildirir ki, SC 2006-cı ildə tikinti-təmir işləri üçün tender elan edib.

Tender 6 lot üzrə aparılır: Maştağa su anbarının bərpası və əlaqələndirilməsi, +110 "Şərq" su anbarının yenidən qurulması, +69 "Şərq" su anbarı ilə +110 "Şərq" su anbarı arasında əlaqələndirici su xəttinin dəyişdirilməsi, Badamdar qəsəbəsində Qanlıgöl ərazisinə axmanın qarşısını almaq məqsədilə tunel tipli kollektorun "9a" şaxtasınadək kanalizasiya kollektorunun inşası, Bilgəh, Zuğulba, Buzovna qəsəbələrinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və tikintisi, Bakı şəhərində su sayğaclarının quraşdırılması.

Tenderdə maraqlı olanlar 200 AZN. həcmində vəsait ödəməli və mayın 11-dək təkliflərini təqdim etməlidir.Tender proseduru mayın 12-də keçiriləcək.

Yenidənqurma və tikinti işləri 2006-cı ilin sonunadək yerinə yetirilməlidir.

Xəbər lenti

Xəbər lenti