...

Azərdəmiryolbank ilk ipoteka kreditini verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2006 14:39 (UTC +04:00)

Azerdemiryolbank səhmdar-kommersiya bankı Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına özünün ilk ipoteka kreditini verib. Trend in bankın press-relizinə verdiyi məlumata görə, 15 illik müddətə verilən kreditin həcmi 13,3 min manatdır.

Bu zaman borc götürənin əldə etdiyi mənzilin dəyəri 20 min manat dəyərində qiymətləndirilib. İpoteka kreditinin qaydalarına görə, həmin mənzil sığortalanacaq. Kreditin alıcısı 40 yaşlı Azərbaycan vətəndaşıdır.

İlk iki ayda Azərdəmiryolbankda fəaliyyət göstərən ipoteka kreditləşməsi ilə əlaqədar banka müştərilər tərəfindən 100-dən artıq ərizə və müraciət daxil olub.

Azərdəmiryolbank İpoteka Fondunun 15 tərəfdaş bankından biridir. Bank martın 1-dən etibarən ipoteka üçün nəzərdə tutulan büdcə vəsaitlərindən istifadə imkanına malikdir.

Xəbər lenti

Xəbər lenti