...

Qara dəniz Ticarət və İnkişaf Bankı İdarəetmə Şurasının iclası Bakıda keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2006 17:39 (UTC +04:00)

Qara dəniz Ticarət və İnkişaf Bankının İdarəetmə Şurasının illik 8-ci iclası iyunun 11-12-də Bakıda keçiriləcək. Trend in QTİB-nın rəsmi məlumatına istinadən verdiyi məlumata görə, görüşdə yüksək vəzifəli şəxslərin, beynəlxalq maliyyə institutlarının nümayəndələrinin çıxışları gözlənilir.

İnvestorlar və biznesmenlər iyunun 12-də keçiriləcək "biznes-gün"ündə maliyyə sektorunda, aqrobiznesdə və infrastrukturların inkişafında regional əməkdaşlığın imkanlarını müzakirə edəcəklər.

Açılış mərasimində ölkə prezidenti İlham Əliyevin, iqtisadi inkişaf naziri Heydər Babayevin, QTİB-nın prezidenti Xeyrəddin Kaplanın iştirakı gözlənilir. Birinci sessiyanın mövzusu iqtisadi inkişafda maliyyə sektorunun rolu olacaq. İkinci sessiyada kənd təsərrüfatında investisiya imkanları, üçüncü sessiyada isə regional miqyasda infrastrukturların inkişafı məsələsi müzakirə olunacaq.

Məlumatda qeyd olunur ki, bu gün rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun, maliyyə naziri və QTİB- Azərbaycan üzrə direktoru Samir Şərifovun, iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarovun, AMB-nın Direktorlar Şurasının üzvü Rüfət Aslanlının, Milk Pro-nun direktoru Mövsüm Şixiyevin, AİB-nın ölkə üzrə direktoru Metyu Vestfolun, QİƏT-nın baş katibi Kostas Masmanidisin, Almaniyanın KFW bankının birinci vitse-prezidenti Doris Kenin çıxışları təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti