...

Interfood Azerbaijan 2006 sərgisində 20 yerli şirkət iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2006 14:47 (UTC +04:00)

Mayın 24-26-da Bakıda Heydər Əliyev adına idman-konsert kompleksində keçiriləcək "Qida sənayesi" 12-ci Azərbaycan beynəlxalq sərgisində (Interfood Azerbaijan 2006) 20 azərbaycan şirkəti iştirak edəcək. Bunun 12-si istehsalçı şirkətdir. Trend in xəbər verdiyi kimi, bu barədə mayın 23-də Iteca Caspian şirkətinin sərgi üzrə meneceri Mayya Qafarlı bildirib.

Onun sözlərinə görə, sərginin iştirakçısı olan 13 ölkədən 61 şirkətin 40-a yaxını Türkiyə, Almaniya, İtaliya, Polşa, Şri-Lanka, Hindistan və digər ölkələrin istehsalçı şirkətləridir.

"Ötən illə müqayisədə ekspozisiyanın sahəsi 30% artıb", -deyə menecer qeyd edib.

Sərginin əsas bölmələri qida məhsulları, spirtli və spirtsiz içkilər, dondurulmuş məhsullar və yarımfabrikatlar, kənd təsərrüfatı və bağçılıq avadanlıqları və s-dir.

Sərgi Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Ticarət-Sənaye Palatası, İxracın Təşviqi və İnvestisiya Fondu, Azərbaycan Sahibkarlar Konfederasiyası və TUSİAB-ın dəstəyi ilə keçirilir. Interfood Azerbaijan 2006 sərgisinin baş sponsoru Azersun holdingdir.

Xəbər lenti

Xəbər lenti