...

AYİB səhmlərə görə Azərdəmiryolbanka ödənişləri başa çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2006 19:39 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkiaşf Bankı (AYİB) ilə Azərdəmiryolbank arasında ümumi məbləği $5 mln. olan kredit xəttinin açılışı haqqında saziş bağlanıb.

Trend agentliyi Azərdəmiryolbanka istinadən xəbər verir ki, razılığa əsasən kreditlər 5 illik müddətə verilir. Bundan $2 mln. mikro və kiçik sahibkarlığın kreditləşdirilməsinə, $3 mln. isə kiçik və orta müəssisələr üçün yardıma yönəldilib.

Bu maliyyə institutundan alınmış vəsaitlərin ümumi həcmi $12,5 mln. təşkil edir. Bundan $9,5 mln. mikro, kiçik və orta müəssisələr üçün yardıma, $3 mln. isə ticarət maliyyələşdirilməsi çərçivəsində ayrılıb. Bundan əlavə, AYİB Azərdəmiryolbanka texniki yardım göstərir. Azərbacyan bankı ilə AYİB arasında əməkdaşlıq 1997-ci ildən başlanıb.

1997-ci ilin dekabrından AYİB Azərdəmiryolbankın səhmdarıdır. AYİB-in bankdakı payı 25% +1 səhmdir. Səhmlər nominal dəyərə alınıb, lakin aktivlərin təkrar qiymətləndirilməsindən sonra AYİB banka $541 min həcmində mükafat köçürüb. Nəticədə nominal dəyər 20 qəpik olduğu halda, bir səhmin real qiyməti 25,4 qəpiyə çatıb.

Xəbər lenti

Xəbər lenti