...

İqtisadi İnkişaf Nazirliyi Barmekdə müqavilə öhdəliklərinin icrası ilə əlaqədar yoxlama aparmağa hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2006 15:18 (UTC +04:00)

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi Barmek Azerbaijan şirkətilə hökumətin adından müqavilə imzalamış tərəfinyoxlama aparmaq hüququndan istifadə etmək qərarına gəlib.

İqtisadi inkişaf naziri müavini Mikail Cabbarovun Trend ə bildirdiyinə görə, indiyə qədər nazirlik bu hüquqdan istifadə etməyib.

"Yalnız hərtərəfli təftiş müəyyən müqavilə bəndlərinin Barmek tərəfindən icra edilməməsinin səviyəsini müəyənləşdirməyə imkan verəcək" - deyə nazir müavini qeyd edib. Bununla əlaqədar M.Cabbarovun sədrliyi ilə dövlət komissiyası yaradılıb ki, bura İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi və "Azərenerji" SC nümayəndələri daxildir.

"Biz bu işə başlamaq və məlumatları ümumiləşdirmək istəyirik. Hazırda komissiyada müzakirə ediləcək bir sıra məsələlər üzrə hazırlıq işləri aparılır. Bizim iddialarımızın əsaslı olmasını söyləməyə səbəb var. Bu səbəblər yoxlamadan sonra açıqlana bilər" - deyə M.Cabbarov qeyd edib.

Xəbər lenti

Xəbər lenti