...

UniBank DEG-in kredit xətti vəsaitlərinin mənimsənilməsini başa çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2006 15:49 (UTC +04:00)

UniBank DEG - Alman İnvestisiya Korporasiyasının kredit xətti ilə 1,55 milyon dollar həcmində ikinci tranş alıb. Trend in verdiyi xəbərə görə, bu barədə bankın press-relizində deyilib.

Bu vəsaitlər hesabına iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən altı layihə - oduncaq idxalı, dərman preparatlarının idxalı, mebel ticarəti, uşaq qidasının satışı, tikinti və tikinti materiallarının istehsalı, tikinti materialları ilə ticarət layihələr həyata keçirilir.

DEG-in ikinci tranşının vəsaitlərini həyata keçirərək, UniBank DEG tərəfindən 3 milyon dollar həcmində təqdim olunmuş kredit xəttinin mənimsənilməsini tamamilə başa çatdırıb.

Kredit xəttinin təqdim olunma məsələlərini tənzimləyən saziş ötən il mayın 31-də Berlində, Almaniya -Azərbaycan İşgüzar konfransının gedişi zamanı imzalanıb. Bu kredit xətinin vəsaitləri hesabına kiçik və orta sahibkarlıq layihələri maliyyələşdirilib.

Xatırladaq ki, DEG - Alman İnvestisiya Korporasiyası 2005-ci ildən etibarən UniBank-ın səhmdarlarından biridir və Bank səhmlərinin 8,33 %-lik payına malikdir.

Xəbər lenti

Xəbər lenti