...

Azərbaycanın Nəqliyyat Nazirliyinin balansında Bakı nəqliyyatının tənzimlənməsi üçün qurumlar var

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2006 12:34 (UTC +04:00)

Bakı şəhəri nəqliyyat departamentinin ləğvi ilə əlaqədar, Azərbaycanın Nəqliyyat Nazirliyi paytaxtda sərnişin daşınmasının tənzimlənməsi, idarə sisteminin təkmilləşdirilməsi, mövcud qurumların bazasında islahatlar yolu ilə effekivliyin artırılması üzrə işlər görəcək. Bu barədə Trend ə hökümətdən xəbər veriblər.

Hazırda nazirliyin balansında bir neçə qurum var. Bu qurumlar nəqliyyat vasitələrinin sahiblərinə fərqlənmə nişanlarının (vergilərin ödənilməsi haqqında) verilməsi, nəqliyyatda təhlükəsizlik, nizama salma və s. ilə məşğul olur. Nəqliyyat Nazirliyi elə bu qurumların bazasında öz işini quracaq.

Hökümətdə qeyd ediblər ki, səlahiyyətlərin nazirliyə verilməsi yığım sisteminin özünü təkmilləşdirməyə imkan verəcək. Fərqlənmə nişanlarının verilməsi zamanı nazirlik Bakıda avtobusların sayı üzrə məlumat əldə etmək üçün şəhərin icra hakimiyyətinə sorğu göndərib.

Nəqliyyat departamentinin məlumatına görə, sərnişin daşınmasını həyata keçirən avtobusların ümumi miqdarı 3 minə bərabərdir.

Xəbər lenti

Xəbər lenti