...

2006-cı ilin sonuna kimi xarici borcalma limiti çərçivəsində yalnız bir kredit alınacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2006 11:19 (UTC +04:00)

Hazırda xarici borcalma limiti üçün 550 milyon ABŞ dolları həcmində məbləğ mənimsənilib. Azərbaycan Maliyyə Nazirliyinin Trend -ə verdiyi məlumata görə, ilin sonuna kimi 2006-cı il üçün dövlət büdcəsində ayrılan 600 milyon ABŞ dollarının tam həcmdə mənimsənilməsi planlaşdırılır.

İlin sonuna kimi AzDRES -İmişli elektrik ötürücü xətlərinin tikintisi layihəsi üzrə KFW alman bankından daha bir kreditin alınması gözlənilir. Onun reallaşdırılması üçün bank 30 milyon avro ayıracaq.

Xarici borcun maksimal həddi hər il büdcə paketinə qoyulur və yalnız dövlət zəmanəti altında alınmış kreditlərdən formalaşdırılır. Bura BVF-nun kreditləri daxil deyil, çünki onlar qısa müddətə verilir və ölkənin valyuta ehtiyatlarına köçürülür. Buna baxmayaraq ki, ölkə bu ildən Valyuta Fondundan kredit almaqdan imtina edib.

2007-ci il üçün dövlət büdcəsinə xarici borcların limiti 1,2 milyard manata (1,4 milyard dollar) qədər artırılıb.

Xəbər lenti

Xəbər lenti