...

Azərbaycan Milli Bankı 5 təklif və kotirovka sorğusu elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2007 14:11 (UTC +04:00)

Azərbaycan Milli Bankı beş xidmət növü üzrə kotirovka sorğusu elan edib. Trend AMB-in yaydığı məlumata istinadən xəbər verir ki, birinci təklif sorğusu AMB-nin 12 əməkdaşının üç səviyyə - Elementary (4 nəfər), Pre -Intermediate (4) və Intermediate (4) üzrə ingilis dili kurslarında iştirakı üçün keçirilir.

İkinci kotirovka sorğusu Milli Bank üçün təsərrüfat mallarının, üçüncü - elektrik mallarının alınması, dördüncüsü - xidməti avtomobillərə texniki xidmətin göstərilməsi üçün, beşincisi - server və əməliyyat sistemlərinə texniki xidmətin göstərilməsi üçün keçirilir.

Sorğularda iştirakın qiyməti 30 manatdır.

İddiaçılar hüquqi status və dövlət qeydiyyatını (dövlət qeydiyyatı haqqında nizamnamə və şəhadətnamə), ƏDV ödəyicisi kimi qeydiyyatı təsdiq edən sənədlərin surətini, bank rekvizitlərini təqdim etməlidirlər. Məlumatlar əsas korporativ müştərilər və iş təcrübəsi haqqında təqdim olunmalıdır. Xidmətin göstərilməsi üçün təklif olunan qiymətdə nəqliyyat xərcləri, sığorta, vergi (o cümlədən ƏDV), gömrük rüsumları ödənişi və başqaları nəzərə alınmalıdır.

Təklif və vergi sorğuları üzrə təkliflər fevralın 7-də açılacaq. Əlavə məlumat almaq üçün S.Orucovaya və aşağıdakı telefona müraciət etmək olar: 93-11-22 (249).

Xəbər lenti

Xəbər lenti