...

Azərbaycanın Dövlət Baytarlıq Xidməti Sabirabad rayonunda quşların məhvi faktını təkzib edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2007 18:56 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Sabirabad rayonunun bəzi kəndlərində quşların kütləvi məhvi haqqında yayılmış məlumatı təkzib edib. Trend in məlumatına əsasən, bu barədə dövlət xidmətinin bu gün yaydığı məlumatda bildirilir.

Bu səbəbdən xidmətin mütəxəssisləri yerlərdə olub. Bu yoxlamalar gedişində rayonun heç bir kəndində quşların kütləvi məhvi faktı aşkarlanmayıb.

Dövlət Baytarlıq Xidməti əhalini bu cür yalnış məlumtalara inanmamağa çağırıb. Xidmət tərəfinlən qeyd olunub ki, ölkə ərazisində "quş qripi"nin aşkarlanması üzrə monitorinqlər davam edir və bu günə qədər monitorinqlər bu virus üzrə quşların məhv olması faktını aşkarlamayıb.

Virusun ölkə ərazisinə keçməsinin qarşısını almaq üçün bütün sərhəd baytarlıq məntəqələri gücləndirilmiş iş rejimində işləyir, ova, vəhşi quşların ölkə daxilində satışına, istifadəsinə və virusun aşkar olunduğu ölkələrdən Azərbaycana quş məhsullarının gətirilməsinə qoyulmuş qadağa hələ də qüvvədədir.

Xəbər lenti

Xəbər lenti