...

Kapital Bankın özəlləşdirilməsi üzrə məsləhətçi dövlət bankının özəlləşdirilməsi prosesində gələcək alıcının seçimi üzrə tövsiyyələr hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2007 16:42 (UTC +04:00)

Azərbaycan hökuməti dövlət bankları - Azərbaycan Beynəlxalq Bankı və Kapital Bankın özəlləşdirilməsi üzrə hazırlıq tədbirlərini davam etdirir. Bu barədə Trend xəbər verir.

"Prezident fərmanına əsasən Kapital Bankın özəlləşdirilməsi üzrə fəal işlər görülür. Bu istiqamətdə məsləhətçi - beynəlxalq auditor şirkəti işləyir. O, bankın qiymətləndirilməsini həyata keçirir və iddiaçının, bankın gələcək alıcılarının seçimi üzrə tövsiyyələr hazırlayır", - deyə maliyyə naziri Samir Şərifov Trend ə məlumat verib. Kapital Bankın özəlləşdirilməsi üzrə hökumətin məsləhətçisi Ernst & Young şirkətidir.

Onun sözlərinə görə, dövlət bankının Müşahidə şurası artıq Kapital Bankın nizamnamə kapitalının iki dəfə artırılması haqqında qərar qəbul edi, lakin bu prosesdə dövlət iştirak etmək fikrində deyil. "Faktiki olaraq, söhbət dövlət payının 100%-dən 50%-ə qədər azaldılmasından gedəcək", - deyə nazir qeyd edib. Bununla əlaqədar bankın 12 mln. manat məbləğində yeni səhm emissiya elan olunacaq. Hazırda bankın nizamnamə kapitalı 12 mln. manat təşkil edir.

Dövlət əmlakının idarə olunması üzrə Dövlət komitəsində hesab edirlər ki, növbəti mərhələdə, dövlət bankının bazar payı qiymətləndirildikdən sonra potensial investorlarla iş görüləcək. Hazırda idarələrarası komissiyada hər iki dövlət bankının özəlləşdirilməsi sxemi hazırlanır. Bu zaman istisna olunmur ki, bankın müəyyən səhm paketi strateji investora təklif olunacaq.

Buna qədər həmçinin ABB-nin nizamnamə fondunun artırılması da nəzərdə tutulub və bankın səhmdarları artıq onun 40 mln. manatdan 100 mln. manata çatdırılması haqqında qərar qəbul ediblər.

Xəbər lenti

Xəbər lenti