...

Azərbaycanın ÜTT-yə daxil olması üzrə dövlət komissiyası Amerika nümayəndə heyətini danışıqların vəziyyəti barədə məlumatlandırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2007 19:03 (UTC +04:00)

Bu gün Bakıda Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmasına hazırlıq üzrə dövlət komissiyası və hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının I iclasında iştirak üçün Azərbaycana gəlmiş Amerika nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov və danışıqlar qrupunun rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmməquliyev sədrlik edib.

Mahmud Məmməquliyevin Trend ə verdiyi məlumata əsasən, görüşün nəticəsində Azərbaycan hökuməti ÜTT-yə daxil olmaq çərçivəsində keçirilmiş tədbirlər barədə və əsas anlar üzrə mövqeyini bildirib.

"Görüşü informasiya planına görə faydalı hesab edirəm. Onlar bizim mövqeyimizdə əmin oldular. Burada konkret qərarlar olmadı. Məqsədimiz ABŞ-la ticarət və xidmət üzrə danışıqların gedişi, qanunvericiliyə uyğun tədbirlər planının yerinə yetirilməsi, texniki yardım, ÜTT-yə daxil olma prosesində Azərbaycanın statusu haqqında əsas istiqamətlər üzrə ətraflı məlumatların verilməsi olub. Qonaqlar bizim inkişaf etmiş yox, inkişaf etməkdə olan ölkə statusu ilə daxil olmaq üçün, mal və xidmətlərlə bir sırada Azərbaycanda məhsullar üçün "baum tarifi"nin yüksəldilməsi ilə bağlı arqumentlərimizi dinlədi", deyə M. Məmmədquliyev bildirib.

Amerika tərəfindən görüşdə danışıqlar prosesinə birbaşa və ya bilavasitə qoşulmuş 10 nəfər iştirak edib (onların sırasında ABŞ-ın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri, USAİD, TDA, Trade Reprezentative Office təmsilçiləri).

"Fikirləşirəm ki, amerikalılar danışıqlar əsnasında bizim problemlər haqqında çox şey biləcək". Bu nöqteyi- nəzərdən nazir müavini hesab edir ki, görüş faydalı olub.

Xəbər lenti

Xəbər lenti