...

Azərbaycan bal istehsalını dörd dəfə artırmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2007 18:34 (UTC +04:00)

2006-cı ildə Azərbaycanda bal istehsalı 10 min tonu ötüb. Bu barədə Trend ə çərşənbə axşamı Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq, damazlıq işi və otlaq məhsullarının istehsalı, emalı şöbəsinin başçısı Çingiz Fərəcov məlumat verib.

Onun sözlərinə görə, son illər ərzində arı ailələrinin sayının 100 mindən 105 minə qədər artırılmasına nail olunub. Hər birinin məhsuldarlığı orta hesabla 10 kiloqramdan çox bal təşkil edir.

Arıçılıqla məşğul olan şəxslərin sayı təxminən 10 min nəfərdir.

2007-ci ildə həmçinin bal istehsalının 10 min tondan az olmayacağı ehtimal olunur.

Gələcəkdə Azərbaycanda arı ailələrinin sayını 500 minə qədər artırmaqla, bal istehsalının 40 min tona qədər artırılması üzrə planlar var.

Kənd Təsərrüfatı Nazirliyində hesab edirlər ki, ölkə bölgələrində bu məhsulun istehsal həcminin artırılması üçün hər cür şərait var. Elə yerlər var ki, orada istehsal üçün bütün şəraitlər var, lakin onlardan istifadə olunmur. Məhz bu bölgələrdən istifadə hesabına bal istehsalının artırılacağı gözlənilir. Azərbaycanda arıçılıq əsasən Daşkəsən, Lerik, Yardımlı və bu kimi başqa rayonlarda inkişaf edib.

2005-ci ildə ölkədə bal istehsalı 10 min ton təşkil edib, bu isə 2004-cü ildəkindən 5 min ton çoxdur.

Xəbər lenti

Xəbər lenti