...

TIKA Azərbaycan daşınmaz əmlakın dövlət reester xidmətinə texniki yardım göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2007 15:55 (UTC +04:00)

Türkiyənin İnkişaf və Əməkdaşlıq Təşkilatı (TIKA) daşınmaz əmlakın dövlət reester xidmətinə texniki yardım göstərməyi planlaşdırıb. Dövlət xidmətinin məlumatına əsasən, Trend xəbər verir ki, bu istiqamətdə əməkdaşlıq barədə fikir mübadiləsi dövlət xidmətinin mərkəzi aparatında TIKA-nın Azərbaycan nümayəndəliyinin rəhbəri, təşkilatın Bakı təşkilatının koordinatoru Sexrat Kuçukkurtla görüş zamanı aparılıb.

Görüşdə həmçinin dövlət xidməti və Türkiyənin torpaq nazirliyinin topoqrafiya və kadastr baş idarəsi arasında 23 iyun 2006-cı ildə əldə olunmuş məramnamə protokolu üzrə məsəsələrə də baxılıb.

Sənəddə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı sisiteminin mükəmməlləşdirilməsi istiqamətində əməkdaşlıq, kadastr xəritələrinin, kadrların hazırlanması və s. məsələlər nəzərdə tutulub. Protokolda həmçinin TIKA-nn dövlət xidmətinə yardımı da yer alıb.

Xəbər lenti

Xəbər lenti