...

"Azərbaycan aliminiumu" ASC xammalın satın alınması üçün tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2007 13:47 (UTC +04:00)

"Azərbaycan aliminiumu" ASC metal məmulatların və söndürülmüş əhəngin satın alınması üçün tender elan edib. Bu barədə Trend müəssisəyə istinadən xəbər verir.

Tender iki lot üzrə keçirilir: ASC üçün metal məmulatların və Gəncədə "Gil torpaq" istehsalat sahələri üçün 1602,5 ton boz və ya ağ rəngli söndürülmüş əhəngin (CaO 85%, SiO 2%, MgO 5%) satın alınması.

Tenderlə maraqlananlar sənədləri ən geci martın 15-dək, təklifləri martın 29-dək təqdim etməlidirlər. Tenderdə iştirakın qiyməti hər lot üzrə 300 manat təşkil edir. Tender təkliflərinin olduğu paketlər martın 30- da ASC-də açılacaq.

Satın alınmış materiallar 2007-ci ilin sonunadək təqdim olunmalıdırlar.

Xəbər lenti

Xəbər lenti