...

Bakı-Minsk-Bakı aviareysinin açılışı ölkələr arasında miqyaslı qarşılıqlı əməkdaşlıq planlarını həyata keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2007 10:28 (UTC +04:00)
Bakı-Minsk-Bakı aviareysinin açılışı ölkələr arasında miqyaslı qarşılıqlı əməkdaşlıq planlarını həyata keçirir

Rusiya,Moskva/müxbir Trend R.Ağayev/Martın 8-də "Minsk-2" beynəlxalq aeroportunda Bakı-Minsk-Bakı marşrutu üzrə mütəmadi reyslər həyata keçirən "Azərbaycan Hava Yolları" Milli Aviaşirkətinin ilk təyyarəsinin təntənəli qarşılanması mərasimi keçiriləcək. Bu barədə Trend in Moskvadakı xüsusi müxbirinə "Azərbaycan Hava Yolları" Dövlət Konserninin Rusiya Federasiyası və Belarus Respublikasındakı nümayəndəsi Eldar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, Bakı və Minsk arasında mütəmadi hava əlaqəsinin bərpa olunması iki dövlət arasında miqyaslı əməkdaşlıq planlarının həyata keçirilməsinə imkan verəcək.

Hacıyev xatırladıb ki, mütəmadi uçuş haqqında razılıq 2006-cı ilin oktyabrında Azərbaycan prezidenti İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukaşenkonun görüşü zamanı əldə olunub.

Xəbər lenti

Xəbər lenti