...

"VİTAL-Polis"in eksperti: Azərbaycanın sığorta bazarının pərakəndə xidmətlərin inkişafına ehtiyacı var

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2007 17:00 (UTC +04:00)
"VİTAL-Polis"in eksperti: Azərbaycanın sığorta bazarının pərakəndə xidmətlərin inkişafına ehtiyacı var

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/Azərbaycanın sığorta bazarının bu gün pərakəndə xidmətlərin inkişafına ehtiyacı var. Pərakəndə xidmətlərin inkişafı üçün daha çox investisiya tələb olunur. Bu barədə bazar ertəsi elektron poçt vasitəsilə Rusiyanın "VİTAL-Polis" MMC avtosığorta qrupunun sədri Eldar Abdullayev bildirib.

Onun fikrincə, neft-qaz sahəsinin sürətli inkişafı ilə əlaqədar Azərbaycan sığortaçılarının əldə etdiyi haqların böyük hissəsi sənaye, tiknti-montaj riskləri və onların məsuliyyətlərinin sığortalanması üzrə iri korporasiya və müəssisələrdən daxil olur.

"Sözsüz ki, bu, müsbət faktordur, həmçinin özəl sahəni də inkişaf etdirmək lazımdır", deyə o bildirib.

Abdullayevin sözlərinə görə, Azərbaycanın sığorta bazarı çox dinamik inkişaf edir.

"Fikrimcə, Azərbaycanda sığortanın artım templəri, ölkənin iqtisadiyyatı kimi digər postsovet respubliklarına nisbətən olduqca yüksədir", deyə o bildirib.

Abdullayev sığorta sahəsində beş illik təcrübəyə malikdir. Əmlak sığortası, yüklərin və məsuliyyətin müxtəlif növlərinin sığortalanması ilə məşğul olub. Son iki il avtosığorta qrupuna rəhbərlik edir.

Azərbaycanın Maliyyə Nazirliyinin məlumatına əsasən, 2005-ci ildə sığorta şirkətlərinin haqları 82,56 mln. manat, 2006-cı ildə 88,33 mln. manat, cari ilin birinci rübündə 36,79 mln. manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti