...

AtaHolding təşkilati strukturunu yeniləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2007 21:13 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ "AtaHolding" ASC-nin Müşahidə Şurası cəmiyyətin yeni strukturunu təsdiqləyib. Bu barədə cümə axşamı AtaHolding-dən məlumat verilib. Yeni strukturda əvvəllər "Audit Komitəsi" kimi fəaliyyət göstərən "Büdcə və audit üzrə komitə"nin fəaliyyət dairəsi genişləndirilib.

Köhnə strukturun tərkibində olan İnsan resursları və Strategiya komitələri ləğv olunaraq onların bazasında Starategiya, inkişaf və koordinasiya komitəsi yaradılıb. Büdcə departamenti və onun tərkibində olan iki şöbə ləğv olunaraq, "Büdcə planlaşdırılması və onun istifadəsi üzərində nəzarət" şöbəsi yaradılaraq Maliyyə departamentinin tərkibinə daxil edilib.

Digər dəyişiklik hüquq departamentinə aid edilib. Həmin departamentin "Normativ hüquqi aktların genişləndirilməsi" şöbəsi "İntellektual mülkiyyətin müdafiəsi və hüquqi təminatı" adlandırılacaq.

"Kompyuter avadanlığı və xidməti" şöbəsi "Sistem və texniki təminat" şöbəsi adlandırılacaq.

Əsas dəyişikliklər isə "Biznesin inkişafı" Departamentində aparılıb. Həmin departament "Marketinq və layihləndirmə" departamenti adlandırılıb. Tərkibində isə 3 şöbə - "analitik araşdırmalar", "layihələndirmə", "yeni layihələrin irəli sürülməsi" yaradılıb.

"Keyfiyyət" Departamentində "keyfiyyətin planlaşdırılması" şöbəsi ləğv edilərək "keyfiyyətin auditi" şöbəsi yaradılıb. Yeni strukturda həmçinin "beynəlxalq əlaqələr" şöbəsi yaradılıb.

Xəbər lenti

Xəbər lenti