...

Bakı və Sumqayıtda pensiyaçıların vaxtı keçmiş kartoçkaları cip-kartlarla əvəz olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2007 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı/ "Trend.Capital" müxbir Ü.İsmayılova/ Bakı və Sumqayıtda pensiyaçıların vaxtı keçmiş kartoçkaları beş illik cip-kartlarla əvəz olunacaq. Bu kartlardan metro gedişlərində istifadə etmək, kommunal və elektik enerjisi xərclərinə görə hesablaşmaq üçün də istifadə oluna biləcək. Bu barədə cümə günü Dövlət Sosial müdafiə fondunun rəhbəri Səlim Müslümov bildirib.

Müslümovun sözlərinə görə, mayın dördünə qədər ölkədə 176 bankomat quraşdırılıb (109 Beynəlxalq Bank, 67 Capital Bank). 2004-cü ilin yanvarına isə bu rəqəm cəmisi 97 idi.

Pensiya sisteminin avtomatlaşdırılması üçün Beynəlxalq Bankla işə başlayan Fond avtomatlaşdırmanın ikinci mərhələsində işlərin görülməsi üçün tender elan edib. Tenderin qalibi olan dövlət bankı Capital Bank sistemin tətbiq olunması üçün artıq 20 bankomat quraşdırıb, daha 20 bankomat isə regionlarda quraşdırılacaq.

Müslümovun sözlərinə görə, hazırda Azərbaycanda 57 faiz pensiyaçı, təqribən 250 min nəfər pensiyasını avtomatlaşdırılmış sistemlə alır.

Müslümov tam avtomatlaşdırılma üçün uzaq kəndlərdə bankomatlar quraşdılması üçün Beynəlxalq Bankın rəhbərliyinə 34, Capital Banka isə 60 bankomatın alınması xahişi ilə müraciət edib.

Xəbər lenti

Xəbər lenti