...

JBIC-nin su təchizatı və kanalizasiya ilə bağlı layihəsinin dəyəri artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2007 11:47 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) Azərbaycan hökuməti ilə Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması layihəsinin detallı işlənilməsi istiqamətində fəaliyyətə başlamaq məqsədilə protokol imzalamağa hazırlaşır. Nazirlər Kabinetindən verilən məlumata görə, bu məqsədlə mayın sonunda Bakıya bankın missiyasının gələcəyi gözlənilir. Protokol baş nazirin müavini Abid Şərifovla imzalanacaq.

Pilot layihəsi çərçivəsində Tokio Engineering/ASPI konsorsiumu Salyan, Neftçala, Quba, Xaçmaz, Xızı və Siyəzən rayonları ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırmanı hazırlayıb. Araşdırmalardan sonra layihə 300 mln. dollar həcmində dəyərləndirilib.

İstisna deyil ki, layihənin detallı müzakirəsi zamanı rayonların siyahısı genişlənəcək. Buraya Şamaxı və Bərdənin əlavə edilməsi təklif olunur. Qeyd edək ki, bu şəhərlər öncədən Dünya Bankının su layihəsi üçün təklif edilmişdi.

Hələ danışıqların ilkin mərhələsində ölkə hökuməti JBIC-dən layihənin genişləndirilməsini istəyib, lakin bank bununla razılaşmayıb. Hökumət 150 mln. dollarlıq kreditə razılığını ifadə etsə də, sonra ölkədəki inflyasiya prosesləri nəticəsində layihənin dəyəri artıb. Hökumətdə hesab edirlər ki, Yaponiya bankı Azərbaycanda işləmək marağında olduğu üçün layihənin reallaşması tezləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti