...

Azərbaycanda avtonəqliyyat vasitələrinə aksiz vergisinin tətbiqi onların idxal həcminə təsir etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2007 20:52 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan ərazisinə xaricdən gətirilən nəqliyyat vasitələtinə aksiz vergsisinin tətbiq olunması dövlət büdcəsinə daxilolmaların azalmasına səbəb olmayıb. Bunu cümə günü Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib. 2007-ci ilə qədər onlardan ancaq yol vergisi alınırdı.

"Əvvəlki illərlə müqayisədə 2006-cı ildə idxal vergilərinin artması təhlükəsi ilə əlaqədar ölkəyə nəqliyyat vasitələrinin gətirilməsi əhəmiyyətli dərəcədə artmışdı. Bu, dövlət büdcəsinə köçürmələrin artmasına səbəb olub", - deyə DGK sədri bildirib. Nəticədə Azərbaycana 70 mindən yuxarı nəqıliyyat vastəsi gətirilib. Amma bu il tədarükün tempi azalmayıb. Yanvar-aprel ayaları ərzində ölkəyə bütün növlərdən 24 min nəqliyyat vasitəsi gətirilib ki, 2006-cı ilin müvafiq dövründə bu rəqəm 21 min səviyyəsində idi.

Bu cür artım tempi ilə idxal olunan mallara aksiz vergisinin 10 mln. manat artaraq 70 mln. manata çatacağı proqnozlaşdırırlır.

Vergilər Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, motorunun həcmi 2 min kubmetrə qədər olan avtomobillərin hər 1 kubsanitimetrinə görə vergi dərəcəsi 0,15 qəpik, 3 min kubmetrə qədər motorlara görə 300 manat + 2 min kubmetr yuxarı hər kubsantimetrə 1 manat, 4 min kubmetrə qədər motorlar üçün 1300 manat + 3 mindən yuxarı hər kubsantimetrə 2 manat, 4 min kubmetrdən yuxarı motorlar üçün 3300 manat + 4 mindən yuxarı hər kubsantimetr üçün 4 manat müəyyən olunub.

Avtonəqliyyat vasitələrinə aksiz vergiləri 1 yanvar 2007-ci ildən qüvvədədir.

Xəbər lenti

Xəbər lenti