...

Əmək Müfəttişliyi: "Tikintidə baş verən əksər bədbəxt hadisələrin səbəbi texniki normalara əməl edilməməsidir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2007 15:49 (UTC +04:00)
Əmək Müfəttişliyi: "Tikintidə baş verən əksər bədbəxt hadisələrin səbəbi texniki normalara əməl edilməməsidir"

Azərbaycan, Bakı/ Trend , müxbir Ü.İsmayılova/ "Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi yanvar-may aylarında tikinti müəssisələrində 58 reyd həyata keçirib" - deyə müfəttişliyin rəhbəri Nəbi Şükürlü şənbə günü bildirib.

Şükürlünün sözlərinə görə, aparılan reydlər nəticəsində 24 sahibkar inzibati xətalər maddəsinin normalarına əməl etməməsi səbəbindən 1980 manat həcmində cərimə olunub.

461 xəbərdarlıq edilib ki, bunun da 293-ü artıq həyata keçirilib, digər xəbərdarlıqların həyata keçirilməsinə isə müfəttişlik nəzarət edir.

Şükürlünün sözlərinə görə, reydlərin nəticələri göstərir ki, tikintidə baş verən əksər bədbəxt hadisələrin səbəbi texniki qaydalara əməl edilməməsidir, bunlara təhlükəsizlik formasının, işçilərin tibbi sığortasının, təhlükəli yerlərdə (eyvan, nərdivan) xüsusi qoruyucu vasitələrin olmaması, liftlərin damının açıq olması daxildir.

Əmək Müfəttişliyi işçilərin hüquqları üzərində nəzarətedici orqan funksiyasını daşıyır.Əmək Müfəttişliyi işçilərin hüquqları üzərində nəzarətedici orqan funksiyasını daşıyır.Əmək Müfəttişliyi işçilərin hüquqları üzərində nəzarətedici orqan funksiyasını daşıyır.Əmək Müfəttişliyi işçilərin hüquqları üzərində nəzarətedici orqan funksiyasını daşıyır.Əmək Müfəttişliyi işçilərin hüquqları üzərində nəzarətedici orqan funksiyasını daşıyır.

Xəbər lenti

Xəbər lenti