...

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilin birinci yarısında tikinti işləri zamanı baş verən ölüm hallarının sayını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2007 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi ilin birinci yarısında görülən işlərin yekunlarını açıqlayıb. Müfəttişliyin məlumatında bildirilir ki, ilin birinci yarısında tikinti sektorunda 23 bədbəxt hadisə baş verib, nəticədə 24 nəfər zərər çəkib, 13 nəfər həlak olub, 11 nəfər isə bədən xəsarəti alıb.

Məlumatda bildirilir ki, hündürmərtəbəli binadan yıxılma nəticəsində 6 nəfər həlak olub, 3 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər isə elektrik enerejisi ilə təmas nəticəsində həlak olub.

Hesabat dövrü ərzində istehsalat prosesində ölüm hallarının 39%-dən 33%-i tikinti sektorunun payına düşür və əsasən texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verir.

Xəbər lenti

Xəbər lenti