...

2008-ci ildə Azərbaycan Türkiyəyə qaz ixracını artıracaq - nazir

Energetika Materials 30 Dekabr 2007 13:26 (UTC +04:00)
2008-ci ildə Azərbaycan Türkiyəyə qaz ixracını artıracaq - nazir

Azərbaycan, Bakı / Trend / Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev rəsmi mətbuata müsahibəsində bildirib ki, 2008-ci ildə Azərbaycan "Şahdəniz" qazkondensant yatağından Türkiyəyə 6 mlrd. kubmetr qaz ixrac etməyi planlaşdırır.

Nazirin sözlərinə görə, hazırda bu yataqdan qaz ixracı hesabına, eləcə də Azərbaycan Dövlət Neft Şirkətinin ixrac etdiyi qazın sayəsində Azərbaycan Gürcüstanın mavi yanacağa olan tələbatının 75%-ni ödəyir.

Nazir bildirib ki, bu il bəndin tikinisi sayəsində Türkiyə və Yunanıstanın qaz nəqli şəbəkələrinin birləşdirilməsi Azərbaycan üçün geniş qaz nəqli imkanları açır. Türkiyə və Yunanıstan arasında yeni sistem vasitəsilə ilk dəfə olaraq Azərbaycan qazı nəql olunub.

2007-ci ilin 11 ayı ərzində "Şahdəniz" yatağında 2,75 mlrd. kubmetr qaz və 850 min ton kondensant hasil olunub. Cənubi Qafqaz qaz kəməri vasitəsilə 670,4 mln. kubmetr qaz ixrac olunub.

Xəbər lenti

Xəbər lenti