...

ARDNŞ dövlət büdcəsinə pul köçürmələrini artırıb

Energetika Materials 15 Fevral 2008 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral / Trend / Yanvarda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ölkənin dövlət büdcəsinə 2007-ci ilin 51,4 mln. manatına nisbətdə 92,7 mln. manat köçürmə edib. Bu barədə ARDNŞ-ın cümə günü yayılan məlumatında bildirilir. Yanvar ayında Dövlət Sosial Müdafiə Fonduna 2007-ci ilin analoji dövrünün 5,3 mln. manatına nisbətdə 9 mln. manat köçürülüb.

2007-ci il ərzində ARDNŞ dövlət büdcəsinə 1 mlrd. 81 mln. manat köçürmə edib ki, bu göstərici 2006-cı ildə 734 mln. 636 min manat təşkil edib. Ötən il Dövlət Sosial Müdafiə Fonduna 2006-cı ilin 52 mln. 079 min manatına nisbətdə 78 mln. 048 min manat köçürmə aparılıb.

Azərbaycan Dövlət Neft Şirkətinin büdcə köçürmələri üzrə cədvəl:

(Min manat ilə)

Aylar 2007-ci il 2008-ci il Fərq
Fakt Fakt Fakt(2007-2008)
Yanvar 51 381 92 712 41 331
Cəmi 51 381 92 712 41 331
Dövlət Sosial Müdafiə Fonduna köçürmələr
Yanvar 5 311 9 016 3 705
Xəbər lenti

Xəbər lenti