...

Dünyanın neft tədarükü ay ərzində sutkada 100 min barel azalıb- BEA

Energetika Materials 11 Aprel 2008 20:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel / Trend , müxbir A.Bədəlova/ 2008-ci ilin martında dünyanın neft tədarükü 100 min barel azalaraq, sutkada 87,3 mln. barelə çatıb. Bu barədə Beynəlxalq Energetika Agentliyinin (BEA) rəsmi saytında yerləşdirilmiş məlumatında deyilir.

Hesabatda deyilir ki, neft tədarükünün azalması OPEK ölkələri, Şimal dənizi və Afrika ölkələrindən xammal tədarükünün azalması ilə bağlıdır. OPEK ölkələrində tədarük mart ayında, keçən ay ilə müqayisədə, sutkada 265 min barel olmaqla, 32,1 mln. barel azalıb.Tədarükün azalması BƏƏ, Nigeriya, və Venesuelada təmir işləri, həmçinin, İraq və Nigeriya neft kəmərlərində fasilələrə görədir. səbəbindəndir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti