...

Azərbaycan 2008-ci ildə ARDNŞ-ın Gürcüstana tədarük edəcəyi şəxsi qazın mümkün həcmlərini açıqlayıb

Energetika Materials 23 Aprel 2008 19:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / " , müxbir S.Əliyev/ Azərbaycan bu il Azərbaycan Dövlət Neft Şirkətinə məxsus (ARDNŞ), sutkada 1 mln. kubmetr şəxsi qazının Gürcüstana ixracını istisna etmir. Çərşənbə günü ARDNŞ-ın yüksək səlahiyyətli nümayəndəsi bildirib ki, bu həftə aprelin 25-də ARDNŞ qazının Gürcüstana satışı ilə bağlı məsələlər qəti olaraq həll olunacaq.

"Hazırda bu məsələ ətrafında müzakirələr aparılır. Qazın qiyməti barədə hələ ki,

danışıqlar gedir" - deyə ARDNŞ nümayəndəsi bildirib.

2007-ci ildə Azərbaycan Gürcüstana ARDNŞ qazını 1 min kubmetrini 120 dollara satıb. Cari ildə bu qiymətin 1 min kubmetr üçün 180-190 dollaradək artırılması gözlənilir.

Azərbaycan Dövlət Neft Şirkəti özünün işlədiyi yataqlardan hasil olunan şəxsi qaza malikdir.

Xəbər lenti

Xəbər lenti