...

Çin Xəzərdəki yataqların işlənməsində iştirak etməyə hazırdır – səfir

Energetika Materials 8 Aprel 2009 19:39 (UTC +04:00)

Qazaxıstan, Astana, 08 aprel / Trend , müxbir K.Arınova /

Çinin Qazaxıstanda Fövqəladə və Səlahiyyətli səfiri Çen Qopin Trend -ın Astanadakı müxbirinə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin apreldə Çinə edəcəyi rəsmi səfər çərçivəsində birgə neft-qaz layihələri ilə bağlı imzalanması gözlənilən vacib razılaşmalardan danışıb. 

- Hazırda Qazaxıstanın infrastrukturu Çin istiqamətində fəal inkişaf edir. İlin sonunadək Qazaxıstan-Çin neft kəmərinin ikinci növbəsinin tamamlanması gözlənilir. Fikrinizcə, bu, hansı səbəblərlə bağıdır?

- Həqiqətən boru kəmərlər layihələrinin Çinə doğru istiqamətlənməsi bir sıra faktorlarla izah olunur. Birincisi, siyasi. Bildiyiniz kimi, Qazaxıstan-Çin münasibətləri inkişafın zirvəsindədir. 2005-ci ildə strateji tərəfdaşlıq barədə razılaşma imzalandıqdan sonra münasibətlərimiz yalnız möhkəmlənir.

İkinci faktor - ildən ilə Çinin enerji resurslarına olan tələbatının artmasıdır. Ötən il Çinin neft idxalı 200 milyon tona yaxın idi. Bu il isə rəqəm 300 milyon tona çata bilər. Üçüncü faktor - CNPC şirkəti Qazaxıstan bazarına daxil olduqdan sonra əsas tərəfdaşı "KazMunayQaz"la (KMQ) sıx əlaqələr qurub.

- Çin tərəfi "Qazaxıstan-Çin" boru kəmərini doldurmaqdan ötrü hansı təchizatçılara ümid edir. Onların arasında Çin şirkətləri olacaq?

- Hazırda layihədə əsas tərəfdaşımız Qazaxıstandır və üçüncü tərəf hələ ki, yoxdur.

- Bəzi KİV-in yazdığına görə, Amerikanın ChevronTexaco şirkəti Qazaxıstanda çıxarılan neftin sözügedən kəmərlə Çinə çatdırılmasına razılıq verib?

- Bu məsələ hələ ki, diskussiya səviyyəsindədir.

 - Çin dövlət investorlarının bir neçə neft şirkəti əldə etdikləri və sonradan bu şirkətlərin səhmlərinin bir hissəsini KMQ-yə güzəşt edildiyi məlumdur. Məntiq hər bir belə razılaşmanın növbəti razılaşmanın ehtimalını artırmasındadır, yoxsa bu üsulla digər məsələlər həllini tapır?

- CNPC bu tip sazişlər həyata keçirib. Şirkət öncə alır, sonra isə səhmlərin bir hissəsini Qazaxıstan tərəfinə verir. Qazaxıstandakı siyasətimiz bundan ibarətdir. Məqsədimiz hər iki tərəfin müştərək qələbə hesabına inkişaf tapmasıdır.

- Əvvəllər sərhəd zonada Qazaxıstan-Çin birgə NEZ-in inşası planlaşdırılırdı. Layihə təxirə salınıb, yoxsa məqsədəuyğun sayılmayıb?

- Əvvəl tərəflər düz Qazaxıstan-Çin neft boru kəmərinin qurtaracağı yerdə NEZ tikintisini planlaşdırıblar. Lap əvvəl isə NEZ-in Çində inşa olunması planlaşdırılmışdı. Sonra Qazaxıstan tərəfi zavodun öz ərazisində inşa etmək niyyətində olduğunu bildirdi.

Hazırda Çin tərəfi Qazaxıstanın bu istəyinə qarşı prinsipial olaraq etiraz etmir. Bu layihə gələcəkdə də müzakirə ediləcək. Layihəni, NEZ-in tərəflərdən hansının ərazisində tikilməsindən asılı olmayaraq həyata keçirmək vacibdir.

- İnşa ediləcək NEZ-in gücü nə qədər olacaq?

- Hazırda sərhədyanı Duşançzı şəhərində fəaliyyət göstərən NEZ-in gücü ildə 5-6 milyon tona bərabərdir. Düşünürəm ki, yeni zavod fəaliyyətdə olandan yüksək gücə malik olmalıdır.

- Qazaxıstanın yetəricə vəsaiti olmasa, Çin layihəni maliyyələşdirəcək?

- Çinin həm maliyyəsi, həm də texnologiyası var. Tərəflər razılaşdıqdan sonra Çin sərhədyanı ərazidə NEZ-lə bağlı layihənin gerçəkləşməsi üçün şəxsi vəsaitindən istifadə edə bilər.

"Qazaxıstan-Çin" neft kəmərinin ikinci növbəsi tamamlandıqdan sonra neft nəqlinin ümumi həcmi ildə 20 milyon ton təşkil edəcək. NEZ-in inşa olunmasına ehtiyac var. Bildiyimiz kimi, Qazaxıstanda neft məhsullarına yüksək tələbat var.

- Qazaxıstan KİV-də CNPC-nin MMQ-ni əldə etmək üçün danışıqlar apardığı məlumatı yayılıb?

- Bu məsələ apreldə Qazaxstan Prezidenti Nursultan Nazarbayevin Çinə səfəri zamanı müzakirə ediləcək. Tərəflərin neft-qaz sahəsində gələcək əməkdaşlıqla bağlı bir sıra saziş imzalayacaqları planlaşdırılır.

 - Haqqında müzakirələr aparılacaq yeni layihələrin Xəzər dənizindəki yataqlarla bağlı olacağını təhmin etmək olar? Çinin bu yataqlarla bağlı hər hansı planları var?

- Çin Xəzərin Qazaxıstan hissəsindəki yataqların işlənməsində iştirak etməyə hazırdır. Hələ ki, layihələr müzakirə mərhələsindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti