...

Birinci yarımildə Azərbaycanda 10 milyard kilovatt saatdan çox elektrik enerjisi istehsal edilib

Energetika Materials 7 İyul 2009 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend /

"Birinci yarımildə "Azərenerji" SC 10,1 milyard kilovatt saatdan çox elektrik enerjisi istehsal edib. Ötən ilin analoji dövründə bu rəqəm 11,1 milyard kilovatt-saat olub", - SC-nin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Hasil edilən elektrik enerjisinin ümumi həcmindən 9,1 milyard kilovatt-saatı istilik, 1 milyard kilovatt-saatı isə su elektrik stansiyalarının payına düşüb.

İyunda "Azərenerji" 1,3 milyard kilovatt-saat enerji istehsal edib ki, bundan da 1,1 milyard kilovatt-saatı istilik, qalan 0,2 milyard kilovatt-saatı isə su elektrik stansiyalarının payına düşüb.

Xəbər lenti

Xəbər lenti