...

Azərbaycanda yeni alternativ avtomagistralın inşası planlaşdırılır

Energetika Materials 17 Dekabr 2009 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir E.İsmayılov/

Azərbaycanda Bakı-Gürcüstan sərhədi (İpək Yolu) avtomobil magistral yolu ilə paralel Gürcüstan istiqamətində alternativ avtomobil yolu inşa edilə bilər. Bunu cümə axşamı Azərbaycanın Nəqliyyat Nazirliyindəki mənbə deyib.

"Bu istiqamətdə yolun inşası ilə bağlı ideya var, lakin hələ bu məsələ üzrə konkret qərar qəbul edilməyib", - mənbə deyib.

Hazırda söhbət TransAzərbaycan milli ekspres-yolun (TAMEY) yaradılmasından gedir. ABŞ-ın BECHTEL şirkəti bu yolun inşası üzrə təkliflərini hələ 2007-ci ildə təqdim edib.

Bu magistralın yaradılması ideyası yeni avtomobil yolunun Hacıqabuldan Gürcüstanla sərhədə kimi salınmasını nəzərdə tutulur. Yol keyfiyyət və təhlükəsizlik baxımından beynəlxalq standartlara riayət edilməklə inşa olunacaq. Yeni magistral Bakıdan Gürcüstan sərhədinə kimi 4 saatdan az vaxt sərf etməyə imkan yaradacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti