...

Səngəçal elektrik stansiyası elektrik enerjisi istehsalını genişləndirib

Energetika Materials 14 May 2010 14:27 (UTC +04:00)
Yanvar-aprel ayları ərzində Səngəçal elektrik stansiyası proqnozlaşdırılan 390 milyon kilovatt-saatdan çox - 403,6 milyon kilovatt-saat elektrik enerjisi istehsal edib, - cümə günü "Azərenerji" Açıqtipli Səhmdar Cəmiyyətindən yayılan məlumatda belə deyilir.

Аzərbaycan, Bakı, 14 may /Trend/

Yanvar-aprel ayları ərzində Səngəçal elektrik stansiyası proqnozlaşdırılan 390 milyon kilovatt-saatdan çox - 403,6 milyon kilovatt-saat elektrik enerjisi istehsal edib, - cümə günü "Azərenerji" Açıqtipli Səhmdar Cəmiyyətindən yayılan məlumatda belə deyilir.

Aprel ayında elektrostansiya proqnozlaşdırılan 5,6 milyonu keçərək, 67,6 milyon kilovatt-saata qədər elektrik enerjisi istehsal edib.

2008-ci ilin dekabrında istismara verilən 300 meqavatlıq Səngəçal elektrik stansiyası 18 aqreqat təşkil edir. Digər enerji obyektlərindən fərqli olaraq, bu stansiya yanacağın üç növü - mazut, qaz və dizellə işləyir.

Xəbər lenti

Xəbər lenti