...

ARDNŞ Xəzərin "Ümid" strukturunda kəşfiyyat-qazma işlərinin böyük hissəsini yerinə yetirib

Energetika Materials 21 İyul 2010 12:39 (UTC +04:00)
ARDNŞ (Azərbaycanın Dövlət Neft Şirkəti) Xəzərin Azərbaycan sektorunda "Ümid" strukturunda kəşfiyyat-qazma işləri çərçivəsində qazma işlərinin 75 faizindən çoxunu yerinə yetirib.

Аzərbaycan, Bakı, 21 iyul /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycanın Dövlət Neft Şirkəti) Xəzərin Azərbaycan sektorunda "Ümid" strukturunda kəşfiyyat-qazma işləri çərçivəsində qazma işlərinin 75 faizindən çoxunu yerinə yetirib.

"Quyuda qazıma işləri artıq bərpa olunub və hal-hazırda onun dərinliyi 4940 metr təşkil edir", - mənbədən bildiriblər. Bundan əvvəl ARDNŞ tərəfindən 3450 metr dərinliyində quyu qazılmışdı.

Quyunun layihə dərinliyi 6500 metr təşkil edir. Qazma prosesinin başa çatması bu ilin sonu - gələn ilin əvvəlinə planlaşdırılıb.

Bu, ARDNŞ-in son 15 il ərzində müstəqil surətdə həyata keçirdiyi ilk kəşfiyyat-qazma işidir. "Ümid" strukturunun mümkün ehtiyatları ARDNŞ geoloqları tərəfindən 200 milyard kubmetr qaz və 30 milyon ton kondensat həcmində qiymətləndirilir.

ARDNŞ tərəfindən kəşfiyyat quyusunun qazılması prosesi "Ümid-1" platformasında aparılır. Platforma 58 metr dərinlikdə "Bulla-Dəniz" yatağının 15 kilometrliyində yerləşir. Ümumilikdə platformadan altı qaz quyusu qazmaq planlaşdırılır.

"Ümid" ARDNŞ-in xüsusi qaz ehtiyatlarını genişləndirməyi planlaşdırdığı perspektivli strukturlardan biridir.

Xəbər lenti

Xəbər lenti